Modern.az

Azərbaycanda bir donorun sümük iliyi üç xəstəyə köçürülüb

Azərbaycanda bir donorun sümük iliyi üç xəstəyə köçürülüb

18 İyul 2014, 13:24

“Azərbaycanın təbabət tarixində ilk dəfə olaraq bu ilin mayında qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı keçirilib” –bunu jurnalsitlərə açıqlamasında  Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev deyib..

Modern.az məlumat veririr ki, Mərkəzin direktoru  əməliyyat olunmuş 3 xəstənin vəziyyətinin hazırda  qənatbəxş olduğunu bildirib.

“Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədir. Bu ilin oktyabr ayında daha dörd xəstədə sümük iliyinin transplantasiyası əməliyyatının keçirilməsi planlaşdırılır. Əməliyyat 45 dəqiqə davam edib. 60 gün xəstənin sağalma ərəfəsidir, artıq əməliyyatdan 59-gün keçib. Xəstələrin vəziyyəti normaldır.  Həmin xəstələr bir il həkim nəzarətində olmalıdır”.

 Xatırladaq ki, bu mürəkkəb əməliyyat Mərkəzdəki yerli həkimlər və Belarus mütəxəsissisləri ilə birgə aparılıb.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir