Modern.az

Netanyahudan DƏHŞƏTLİ açıqlama: “Əl çəkməyəcəyik”

Netanyahudan DƏHŞƏTLİ açıqlama: “Əl çəkməyəcəyik”

18 İyul 2014, 14:30

 

İsrail ötən gün Qəzza zolağında quru əməliyyatlarına start verib. Lakin HƏMAS qruplaşmasının və Fələstin könüllü dəstələrinin müqavimətindən sonra İsrail ordusunun əməliyyatları qismən uğrusuzluğa düçar olub. Belə bir məqamda İsrailin baş naziri Benyamin Netanyahu geri çəkilməyəcəklərini bəyan edib.

  

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İsrail hökumət başçısı uğrusuzluqlara baxmayaraq əməliyyatların davam etdiriləcəyini bəyan edib. Netnayahu bildirib ki, quru əməliyyatlarının  miqyasını genişləndirmək niyyətindədirlər. “Biz quru əməliyyatlarını genişlədəcəyik. Bu barədə orduya təlimat vermişəm. Ordu tam gücü ilə hazırlıq vəziyyətinə gətirilib. Tunellerdən qaynaqlanan terrorun hərbi hava əməliyyatları ilə qarşısının alınması mümkün deyil”,-deyə İsrail baş naziri bildirib.

Qeyd edək ki, 10 gündür ki, Qəzzada silahlı gərginlik davam edir. İsrailin bombardmanları nəticəsində 260 nəfər ölüb, 980 nəfər isə yaralanıb.  

  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir