Modern.az

Tibb Universitetində hərbi həkim ixtisasına müsabiqə elan olunub

Tibb Universitetində hərbi həkim ixtisasına müsabiqə elan olunub

18 İyul 2014, 15:11

 

“Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasına tələbə qəbulu üçün müsabiqə elan edilir”.

 

Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O bildirib ki, müsabiqəyə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 350 və daha çox bal toplayan 19 yaşı keçməyən Azərbaycan vətəndaşları (yalnız oğlanlar) qəbul edilirlər.

  

E.Nağızadə əlavə edib ki, hərbi tibb fakültəsinə qəbul olan tələbələr ödənişsiz əsaslarla təhsil alırlar. Müsabiqədə iştirak etmək arzusunda olanlar müvafiq həkim komissiyasından keçmək üçün iyulun 21-dən 30-dək Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə müraciət etməlidirlər.

  

Rafiq Qənbərov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir