Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Ölkəmizin bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu “Valletta” səddini aşarsa, III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, təmsilçimiz II təsnifat mərhələsinin ilk matçında Maltanın Valletta klubunu səfərdə 1-0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması iyulun 22-si yerli vaxt da saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadiounun da baş tutacaq.
Fərrux Həsənli
Azərbaycan Universitetinin tələbəsi