Modern.az

Zeynal Məmmədli təkzib etdi: “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri dəyişməyib”

Zeynal Məmmədli təkzib etdi: “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri dəyişməyib”

Təhsil

18 İyul 2014, 17:20

Bir neçə saat öncə saytlarda “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılması və bu vəzifəni Zeynal Məmmədlinin icra etdiyi  xəbəri  yayılıb. Zeynal Məmmədli isə Modern.az saytına açıqlamasında bu xəbəri təkzib edib: “Elə bir dəyişiklik olmayıb.

Onun sözlərinə görə,  Bakı ofisinin rəhbərinin dəyişilməsi ilə bağlı dəqiq xəbəri yalnız radionun Çexiyanın paytaxtı Praqada yerləşən mərkəzi ofisindən öyrənmək olar: “Mən indi heç nə deyə bilmərəm, elə  bir şey olsa məlumat verəcəyəm”.  

Məltəm Talıbzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir