Modern.az

Birinci sinfə elektron ərizə qəbulu başlayır

Birinci sinfə elektron ərizə qəbulu başlayır

Təhsil

18 İyul 2014, 17:27


Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhər Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq. Modern.az məlumat verir ki, elektron ərizələrin qəbulu  avqust ayının 20-dək davam edəcək. 
Elektron ərizə qəbulu üçün vətəndaşlar bakuedu.gov.az saytında yerləşdiriləcək ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı, uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd foto şəklini də əlavə etməlidirlər.


Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Məltəm Talıbzadə  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir