Modern.az

Merkeldən açıq DƏSTƏK: “İsrailin tərəfindəyik”

Merkeldən açıq DƏSTƏK: “İsrailin tərəfindəyik”

Təhsil

18 İyul 2014, 17:40


Almaniya kansleri Angela Merkel İsrailin Qəzzanı bombalamasına haqq qazandırıb. Modern.az xəbər verir ki, Berlində çıxış edən Angela Merkel  vəziyyətin gərginləşməsinə görə “Həması”-ı günahlandırıb.

Onun sözlərinə görə “Həmas” yeni silahlara sahibdir və İsraili həmin silahlarla vurur. Almaniya lideri bəyan edib ki, İsrailin özünümüdafiə etmək hüququ var.  Almaniya kansleri İsrailə açıq dəstəyini belə nümayiş etdirib:

“Sülh üçün tərəflər səy göstərməlidirlər. Amma özünümüdafiə məsələsinə gəlincə, biz İsrailin tərəfində olacağıq”.  

Xatırladaq ki, İsrail Qəzzada vəziyyətin gərginləşməsinə görə “Həmas”ı təqsirləndirir və onu atəşkəs rejiminə əməl etməməkdə günahlandırır. Bu arada, son məlumatlara görə ölənlərin sayı 270-dən çoxdur.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir