Bu gün səhər saatlarında Qarabağda erməni əsgəri Gevork Avaqyanın ölməsi ilə bağlı yeni məlumat yayılıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun ölümündə təqsirli bilinən hərbiçi yoldaşı Armen Sərkisyan artıq saxlanılıb.
Qeyd edək ki, 20 yaşlı Gevork Avaqyan Dağlıq Qarabağın cənub istiqamətindəki hərbi postlardan birində güllələnib.
Bir daha xatırladaq ki, Ermənistan tərəfi çox vaxt əsgər ölümləri ilə bağlı reallıqları gizlətmək üçün bu cür hadisələri Azərbaycan tərəfinin boynuna yıxmağa cəhd edir. Bu fakt isə təsdiq edir ki, Qarabağda xidmət edən erməni hərbçilər arasında əsl dərəbəylik hökm sürür.Modern.az