Modern.az

Prezidentlərin təhsilləri və ixtisasları - SİYAHI

Prezidentlərin təhsilləri və ixtisasları - SİYAHI

18 İyul 2014, 23:14

Nə vaxtsa onlar da abituriyent olublar, imtahan həyəcanı yaşayıblar. Yəqin ki, həmin vaxtlar ağıllarına da gəlməyib ki, illər ötdükdən sonra dünyanın siyasi müstəvisində ən vacib fiqurlara ceviriləcəklər, öz dövlətləri, öz xalqları qarşısında imtahan verəcəklər. Bəs bu gün dünyanın siyasi liderləri olanlar illər oncə hansı ixtisasa üstünlük veriblər, hansı təhsil oçaqlarını seçiblər?

Modern.az saytı prezidentlərin təhsilləri və ixtisasları ilə bağlı araşdırma aparıb.


Azərbaycan Prezidenti İlham Əliyev
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Prezident həmin təhsil ocağını bitirdikdən sonra institutun aspiranturasına qəbul olunub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.


Türkiyə prezidenti Abdulla Gül
orta təhsilini Kayseri liseyində bitirdikdən sonra İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Həmin universitetin məzunu olduqdan sonra doktorluq dissertasiyasını müadafiə etmək üçün London və Ekseterdə staj keçib.


Rusiya Faderasiyasının prezidenti Vladimir Putin
Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildə isə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda “Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb.


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama
1983-cü ildə Kolumbiya Universitetini, 1991-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.


Belarus prezidenti Aleksandr Lukaşenkonun
iki ixtisası var: tarixçi və iqtisadçı. O, 1975-ci ildə Mogilyov Pedoqoji institutunun tarix fakültəsini, 1985-ci ildə isə Belarus Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirib.


Ukrayna prezidenti Pyotr Poroşenko
Kiyev Dövlət Universitetinin məzunudur. O, 1989-cu ildə həmin universitetin beynəlxalq hüquq və benəlxalq əlaqələr fakültəsini bitirərək beynəlxalq iqtisadi əlaqələr ixtisasına yiyələnib.


Suriya prezidenti Bəşər Əsəd
ixtisasca həkimidir. O, 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini qırmızı diplomla bitirərək həkim-oftolmoloq ixtisasına yiyələnib.


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov
da ixtisasca həkimdir. O, 1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirib. Qurbanqulu Berdiməhəmmədov tibb elmləri doktoru, professordur.


Argentina prezidenti Kristina Fernandes de Kirşner
ixtisasca hüquqşqnasdır. O, 1973-cü ildə La Plata Milli Universitetinin psixologiya fakültəsinə daxil olub. Tələbəlik illərindən siyasətlə məşğul olan gənc siyasətçi sonradan təhsilini həmin universitetin hüquq fakültəsində davam etdirib.


Gürcüstan prezidenti Georgi Marqvelaşvili
ixtisas seçimində fəlsəfə və psixologiyaya üstünlük verib. O, 1992-ci ildə Tbilisi Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib, fəlsəfə doktorudur.


Ermənistan prezidenti Serj Sarkisyan
İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Onun prezidentlik fəaliyyətinə nəzər yetirərkən belə qənaətə gəlmək olar ki, real həqiqətlərdən uzaq olan Sarkisyan şifahi xalq ədəbiyyatının nağıl janrını daha çox sevir.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi