Modern.az

Səfirliyimiz Stavropolda yaralanmış 5 azərbaycanlıya görə xahiş etdi

Səfirliyimiz Stavropolda yaralanmış 5 azərbaycanlıya görə xahiş etdi

Təhsil

19 İyul 2014, 00:21

18 iyul  2014-cü il tarixində saat 06:00 radələrində Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda Azərbaycan vətəndaşlarının iştirakı ilə avtomobil qəzası baş verib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi dərhal Stavropol diyarının polis idarəsinin növbətçi hissəsi ilə əlaqə saxlayaraq, qəzanın təfərrüatı ilə maraqlanıb. Növbətçi hissənin məlumatına əsasən, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü olan yerli sakin həyatını itirib, yeddi nəfər isə yaralanıb.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Modern.az-a bildirilib ki, yaralanan 7 nəfərdən 5-i Azərbaycan Respublikasının İmişli rayon sakinləri Əliquliyev Sərəddin Əmir oğlu, Qurbanova Urqiyyə Zülfüqar qızı, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Əmir Ehtiram oğlu və Abışov Rəis Baloğlan oğludur.

Həmçinin polis idarəsindən bildirilib ki, xəsarət alan soydaşlarımızın vəziyyəti ağırdır. Onlar Georgiyevsk rayon xəstəxanasının cərrahiyə və reanimasiya şöbələrinə yerləşdiriliblər. Adları qeyd olunan azərbaycanlılar Pyatiqorsk şəhərinə qohumlarını ziyarət etmək üçün səfərə yollanıblarmış.

Səfirlik Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev ilə əlaqə saxlayıb və ondan xəsarət almış soydaşlarımıza lazımi yardımın göstərilməsini xahiş edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir