Tanınmış jurnalist Ayaz Nizamioğlu (Mirzəyev) 3 yaşlı oğlu Maqsudun faciəsindən yazıb. Telejurnalist özünün Facebook-dakı səhifəsində acısını bu şəkildə bölüşüb:
“Həyatıma bir mələk gəldi… Allah ona 3 il ömür biçdi. Üç il o ailəmizi sevincə qərq elədi. Vaxtın tamamında isə getdi. İşığa doğru… Cənnətə doğru…Yolun açıq olsun, Maqsud!”.
Xatırladaq ki, Ayaz Nizamioğlunun Maqsud adlı 3 yaşlı oğlui yulun 16-da yaşadığı mənzilin dördüncü mərtəbəsindən yıxılıb.
Yaxınları uşağı dərhal Respublika neyrocərrahiyyə xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb! Maqsudu İsmayıllı rayonunun Səngəlin kəndində dəfn ediblər.
Allah rəhmət eləsin!