Suriyanın şimalında yerləşən Rakka vilayətində ərinə xəyanət etməkdə şübhəli bilinən 30 yaşlı qadın daşlanaraq edam olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əl-ayaqları bağlanan qadını bazar meydanına gətirilərək daş-qalaq edilib. İsam yaraqlılarının da iştirak etdiyi edam prosesini yerli sakinlər də izləyiblər. Məlumatda qeyd edilir ki, bu islam adət-ənənələrinin pozulmasına görə edamla nəticələnən ilk hadisə deyil. Bu ilin fevral ayında belə cinayətdə şübhəli bilinən 20 yaşlı qız da daş-qalaq edilib.
Modern.az