Modern.az

Hacı Zeynalabdinin büstü niyə söküldü? - Sumqayıtın İcra Hakimiyyətindən AÇIQLAMA

Hacı Zeynalabdinin büstü niyə söküldü? - Sumqayıtın İcra Hakimiyyətindən AÇIQLAMA

Təhsil

19 İyul 2014, 12:13


Sumqayıtın Tağıyev qəsəbəsində məşhur xeyriyyəçinin büstünün götürülməsi birmənalı qarşılanmayıb.
“Hacı Zeynalabdin Tağıyevın sökülən büstü köhnə büst idi”. Bunu Modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Sumqayıt şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev deyib. Onun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişində yeni büst ucaldılıb:

“Yeni büstünün keçən il açılışı olub. Ətraf ərazi abadlaşdırılıb. Sökülən büst köhnə büstdür və yenisi ilə əvəzlənib”.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə xeyriyyəçi-milyonçu Hacı Zeynalabdin Tağıyevin onun adını daşıyan qəsəbədəki büstünün söküldüyü deyilirdi və fotolar yayımlanırdı.




Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir