Modern.az

Təhsil Nazirliyi məzunları ən çox “2” alan rayonlarla bağlı araşdırma aparacaq

Təhsil Nazirliyi məzunları ən çox “2” alan rayonlarla bağlı araşdırma aparacaq

Təhsil

19 İyul 2014, 12:22

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası geridə builki qəbul imtahanlarının nəticələri ilə bağlı elmi-statistik məlumatları açıqladıqdan sonra məzunları ən çox “2” alan rayonlarla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılacaq”. Bunu Modern.az-n sorğusuna cavabında Təhsil Nazirliyi bildirib.

Həmçinin qeyd olunub ki, məzunların ötən illərlə müqayisədəki nəticələri barədə də araşdırmalardan sonra məlumat veriləcək.

Xatırladaq ki, TQDK bir neçə gün öncə builki buraxılış imtahanlarında məzunları ən çox “2” alan rayonları siyahasını  açıqlamışdı. 9-cu sinifdə riyaziyyat və ana dilindən ən çox “2” alan məzunlar Saatlı, Sabirabad, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədidəndir . 11-ci siniflərdə isə ana dili və riyaziyyat fənlərindən Hacıqabul, Sabirabad, İmişli, Daşkəsən, Ağcabədi, Şirvan rayonlarının məzunları daha çox “2”alanlardır.   

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir