Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının iyulun 18-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əliyevdən 53 ədəd saxta 100 manatlıq əskinas götürülüb.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əskinasları Bakı şəhər sakini Rövşən Məmmədovla birgə hazırlaması müəyyən edilib.
R.Məmmədovun Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd rəngli printer aşkar edilib.
Modern.az