İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki nəfərin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyənləşib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat zamanı Oğuz rayon sakini İntiqam Həmidovun rayonun Xaçmaz kəndinin ərazisində yerləşən “Təpə yeri” istirahət mərkəzində, Şəki şəhər sakinləri Qəlbinur Məmmədlinin Kiş kəndinin ərazisində yerləşən “Kiş adası” istirahət mərkəzində, Elçin Əzizovun şəhər ərazisində yerləşən “FM Hotel”də gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib. Araşdırmalar aparılır.
Modern.az