Modern.az

Bədbəxt hadisələr Azərbaycanda 6 nəfəri öldürdü

Bədbəxt hadisələr Azərbaycanda 6 nəfəri öldürdü

Təhsil

19 İyul 2014, 12:41

İyulun 17-də sirkə turşusundan zəhərlənərək xəstəxanaya gətirilən Bakı şəhər sakini Ellada Qarayeva dünən orada ölüb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 18-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Metal-Konstruksiyalar” zavodunda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar. A.Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş A.Ömərov isə orada dünyasını dəyişiblər.

İyulun 17-də Xaçmaz rayon sakini Heydər Babayev Nabran kəndinin ərazisindəki dəniz çimərliyində çimərkən boğulub.

Onun  meyiti iyulun 18-də sudan çıxarılıb.

İyulun 18-də Sabirabad rayonu Şəhriyar kənd sakini Vahid Ağayevin uzərində zorakılıq əlamətləri görünməyən meyiti Nəsimi kəndinin ərazisindən keçən su kanalında tapılıb.

İyulun 18-də Yevlax şəhər sakini Əli Əhmədov şəhər qəbiristanlığında iş görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir