Təhsil naziri Mikayıl Cabbarova yeni müavin təyin edilməsi barədə yayılan xəbər rəsmən təsdiqlənib. Bu barədə Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.
Yeni nazir müavini Firudin Qurbanov bu təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Daha əvvəllər isə F.Qurbanov Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri postunu tutub.
Mətbuat katibi yeni təyinatla bağlı növbəti həftənin ilk iş günü geniş açıqlama veriləcəyini açıqladı.
Qeyd edək ki, Firudin Qurbanov Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun qardaşıdır.
Bu təyinatadək təhsil nazirnin bir müavini fəaliyyət göstərirdi - Ceyhun Bayramov....
Gülşən RAUFQIZI