Modern.az

Elmira Süleymanova girovlarla bağlı Qızıl Xaç Komitəsinə məktub yazdı

Elmira Süleymanova girovlarla bağlı Qızıl Xaç Komitəsinə məktub yazdı

19 İyul 2014, 15:44

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində “Şuşaya Azadlıq” Beynəlxalq Kampanıyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu Kəlbəcərdə girov götürülən Azərbaycanın mülki şəxsləri Dilqəm Əsgərov, Həsən Həsənov və Şahbaz Quliyevinlə bağlı İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanovaya məktub ünvanlamışdı.  

Müracitədə məqsəd girovlarla görüşmək üçün Elmira Süleymanovadan dünya Ombudsmanlarına müraciət etməsi xahiş edilmişdi.

 

  Bu gün Ombudsman Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən azərbaycanlıların girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərliyinə məktub göndərib. Bu barədə Modern.az -a Ombudsman Aparatından məlumat veriblər. 

Məktubda Kəlbəcər rayonu ərazisində azərbacanlı mülki şəxslərin ermənilər tərəfindən girov götürülməsi və onlara müxtəlif ağır işgəncələrin verilməsindən narahatlıq ifadə olunub: 

“Ermənistan qoşulduğu paktların və Cenevrə Konvensiyasının müddəalarını pozur. Çünki girov götürülən insanların hüquqları bu konvensiyanın müddəaları ilə qorunur. Girovlarla davranışlar həmin beynəlxalq hüquqi aktlara uyğun olmalıdır. Girov götürülən insanlar BQXK-nin mandatları çərçivəsində tez müddətdə Azərbaycan tərəfinə qaytarılmalıdır. BQXK azərbaycanlıların girovluqda olduqları dövrdə işgəncə və ləyaqətlərini alçaldan hərəkətlərə məruz qalmamalarına yardımçı olmalıdır. Eyni zamanda onların beynəlxalq müstəvidə tanınan insan hüquqlarının qorunmasına kömək etməlidirlər. Bütün bunlar məktubda öz əksini tapıb. Müvəkkil bu məsələsini diqqət mərkəzində saxlayır. Bu məktubu Ombudsman Elmira Süleymanova özü şəxsən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ünvanlayıb”. 

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu