Modern.az

Sumqayıtın deputatı seçiciləriylə görüşüb - FOTO

Sumqayıtın deputatı seçiciləriylə görüşüb - FOTO

Təhsil

19 İyul 2014, 21:19

Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Muxtar Babayevin 3, 10 və 16 iyul tarixlərində şəhərin 9-cu, 10-cu və 13-cü mikrorayonları ərazisində yaşayan seçicilərlə görüşü keçirilib. Modern.az xəbər verir ki, səmimi və xoş münasibət şəraitində keçən görüşdə millət vəkili son illərdə şəhərimizdə aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verib. Sakinlər Sumqayıt şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıya, eyni zamanda şəhər sakinlərinin rifah halının yaxşılaşdırması istiqamətində qəbul etdiyi qərarlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Görüş zamanı seçicilər millət vəkilinə yaşadıqları ərazidə mövcuc olan bir sıra problemlər haqqında məlumat vermiş və bu məsələlələrin həllində bu ərazidən seçilmiş bir millət vəkili kimi ondan dəstək olmağı xahiş ediblər.

Milli Məclisin deputatı Muxtar Babayev sakinlərin qaldırdıqları məsələlərlə başlı fikirlərini bildirmiş, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısında qaldıracağına və müsbət həll olunması üçün mövcud imkanlardan maksimum səviyyədə istifadə edəcəyinə söz verib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir