Modern.az

Poroşenko dünya ölkələrinə MÜRACİƏT edəcək

Poroşenko dünya ölkələrinə MÜRACİƏT edəcək

Təhsil

19 İyul 2014, 22:52


Ukrayna qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın dünyada terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayır. 

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Ukrayan prezidenti Petro Poroşenko twitter-dəki bloqunda yazıb. “Bu gün biz DXR və LXR-in dünya ölkələri tərəfindən terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayırıq” – prezident yazıb. 

Xatırladaq ki, sözügedən qurumlar Ukraynanın şərqində separatçı hərəkatın qızışdırılmasında və yüzlərlə insanın ölümündə günahkar hesab edilir. Malayziyaya məxsus “Boeing 777” mülki təyyarənin raketlə vurulması da separatçıların növbəti qanlı əməli sayılır və rəsmi Kiyev ilk gündən faciəyə görə məsuliyyəti qondarma qurumun rəhbərlərinin üzərinə qoyub.(musavat.com)

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir