Modern.az

Azərbaycan hərbçiləri qəzaya düşüb, biri ölüb, biri yaralanıb

Azərbaycan hərbçiləri qəzaya düşüb, biri ölüb, biri yaralanıb

Təhsil

20 İyul 2014, 00:30

 

Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qəzaya düşənlər Azərbaycan ordusunun hərbçiləridir.

Məlumata görə, müddətdən artıq xidmət edən hərbiçi (MAXE) 1993-cü il təvəllüdlü Əhlimanlı Koroğlu Elman oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsindən hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü leytenant Anar İlham oğlu Əsgərzadə dünyasını dəyişib, maşında olan digər MAXE-lər Rəfizadə Nurlan Rəfael oğlu və Bəylərov Emin Nuqay oğlu sürücü ilə birlikdə ağır xəsarət alıblar.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir