Modern.az

Lənkəranda tapılan bulağın açılış mərasimi olub

Lənkəranda tapılan bulağın açılış mərasimi olub

Təhsil

20 İyul 2014, 13:23

Dastanlarımızda, nağıllarımızda, xalq və aşıq mahnılarında bulaq mövzusu həmişə tərənnüm olunub. Lənkəranda bu günlərdə qədim bir bulaq bərpa olunub və insanların istifadəsinə verilib.

Bu bulaq hələ 1914-cü ildə Aşağı Nüvədi sakini Kərbəlayi Muxtar tərəfindən tapılıb. Sonradan bulaq onun oğlunun təşəbbüsü ilə təmir edilib, nəvəsi Səxavət Əliyev tərəfindən təmizlənib və bərpa olunub.

Bulağın açılışının kənd sakinləri və ağsaqqalar tərəfindən qeyd olunmasının  əsas məqsədi var.  
         
“Su həyatdır, bulaq tapmaq, su çəkmək savab işdir, xeyrxahlıqdır”. Bu çağrışla çıxış edənlər  Xanbulançay  Suhidroqovşağı  İstismarı idarəsinin rəisi Allahyar Salayev, Aşağı Nüvədi kənd sakini  Barat Məhərrəmov, “Palıdlı Sahil” istirahət mərkəzinin direktor mavini  Elman Əliyev və təsərrüfat işləri müdri Səxavət Əliyev bulağın müalicəvi əhəmiyyətindən geniş danışıblar.

”Canlı su”yun biokimyəvi tərkibi öyrənilib, onun faydaları xüsusi broşür şəkilində çap edilib.            
İstirahət mərkəzinin həyətində yerləşən bu bulaq şəkərli diabet, ürək-damar, mədə-bağırsaq xəstəlikləri üçün çox faydalıdır.            
Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək,  bulaqı tapan və bərpa edən insanlara, dünyasını dəyişənlərə rəhmət diləyib, qalanlara minnətdarlığını bildirib. Lənkəran kimi ilk baxışdan subtropik zona olan, suyu bol bolgədə də içməli suya, bulaq suyuna ehtiyac olduğunu vurğulayaraq, öz təklif və tövsiyyələrini verib. Hadi müəllim bir daha rayon fəallarına və ağsaqqalarına müraciət edərək bulaqların, kəhrizlərin aşkarlanmasında və  həyəta qaytarılmasında yardımçı olmaağa çağırıb.
Sonda tədbir iştirakçılarına iftar süfrəsi açılıb.




Modern.az
 

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir