Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

20 İyul 2014, 15:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın əsasən yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir