Modern.az

Firudin Cəlilov: “Cənab İlham Əliyevə və Kəmaləddin Heydərova təşəkkür edirəm”

Firudin Cəlilov: “Cənab İlham Əliyevə və Kəmaləddin Heydərova təşəkkür edirəm”

Təhsil

20 İyul 2014, 21:32

Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti ağır xəstəlikdən əziyyət çəkən eks-təhsil naziri, türkoloq alim Firudin Cəlilovu müalicə üçün iyulun 7-də Ankaraya yola salmışdı.
Ankarada müalicəyə başlayan, ardından əməliyyat olunan F.Cəlilov artıq Bakya qayıdıb..
Modern.az saytının məlumatına görə, türkoloq alim səhhətinin taxşı olduğunu deyib:

”İyulun 20-də Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım. Ankarada Bayındır hospitalı həkimləri 5-6 saatlıq ağır əməliyatla mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik”.

F.Cəlilov deyir ki, sağlamlığıyla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası ona mənəvi dayaq oldu:

”Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar, bir neçə millət vəkili, bir çox gənclər dövlət başçısına müraciət etdilər, bunu sosial şəbəkələrdə yaydılar, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar...
Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Kömürükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm”.

A.Qorxmaz 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir