Ukyaynanın Donetsk vilayətindəki terrorçular hazırda 396 nəfəri girov saxlayırlar. Onların arasında Nigeriyadan olan tələbələr də var. Modern.az saytı bildirir ki, bu barədə Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının analitik-informasiya mərkəzinin spikeri Andrey Lısenko məlumat verib. Onun sözlərinə görə, terrorçuların girovluğundakı insanların taleyi haqda heç bir məlumat yoxdur. Onların arasında 3 jurnalist, 6 siyasi xadim, vəkil, hakim və 321 nəfər mülki şəxsdir. Onun sözlərinə görə, terrorçuların oğurladığı adamlar arasında Luqansk Dövlət Universitetində təhsil alan Nigeriya vətəndaşları da var: “Yaraqlılar girovların buraxılması müqabilində heç bir tələb irəli sürməyiblər”.
Modern.az