Sovet dövrü
- Məmməd kişi, oğlunun çıxartdığı hoqqalardan xəbərin var?
- Var. Amma xahiş edirəm, bir də onun adını yanımda çəkmə. Biabır edib öz hərəkətləriylə məni el içində. Ona görə evdən də qovmuşam, oğulluqdan da çıxarmışam. Hələ daimi qeydiyyatdan da. Vəsiyyətnamə də yazmışam ki, mirasdan bir çöp də ona çatmasın.
Müasir dövr
- Mamed, oğlunun çıxartdığı hoqqalardan xəbərin varmı?
- Var. Xahiş edirəm, bir də onun adını yanımda çəkmə. Biabır edib öz hərəkətləriylə məni. Elə bir qulaqburması vermişəm ki, ona ömrünün axırına qədər yadından çıxarmayacaq.
- Evdən qovmusan?
- Yox.
- Oğulluqdan çıxarmısan?
- Yox.
- Mirasdan məhrum etmisən?
- Yox.
- Bəs nə etmisən?
- Bunlardan da böyük cəza vermişəm. “Feysbuk” səhifəmdəki dostluq qrupundan adını silmişəm. Qoy indi yanıb tökülsün.