Modern.az

Məşhurların qəribəlikləri

Məşhurların qəribəlikləri

Dünya

21 İyul 2014, 01:43
Məşhur simalarla bağlı qəribəliklər çoxdur. Modern.az saytı bəzi məşhur insanlara aid maraqlı faktları diqqətinizə çatdırır.



Məşhur rəssam Pablo Pikasso 1881-ci ildə anadan olub. Onun tam adı qəribə olub. Belə ki, Pikassonun tam adı: Pablo Diyeqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Kipriano de la Santisima Trinidad Martir Patrisio Ruis i Pikasso (ispanca. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso).
1900-ci ildə Parisdə yaşayarkən ciddi maliyyə problemləri vardı və o, isinmək və işıqda işləmək üçün rəsmlərinin çoxunu yandırırdı. Qeyd edək ki, onun “Arzu” adlı rəsmi hal-hazırda bir neçə milyon dollar dəyərindədi.



Albert Enşteyn
1879-ci ildə Almaniyanın Ulm şəhərində anadan olub. Deyilənə görə, Enşteyn həqiqətdə məktəbdə çox da yaxşı oxumurdu. Bəzi müəllimlər qeyd edirdilər ki, onun dərsləri çatdırmaması qabiliyyətlərinin olmamasından deyildi, sadə təvazökarlığından idi. 12 yaşında Enşteyn özü riyaziyyat ilə maraqlanmağa başladı.
Enşteyn faşizmə etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina edib.
Enşteyn 18 aprel 1955-ci ildə vəfat edib. Vəfatından qabaq təmtəraqsız dəfn edilməsini vəsiyyət etmişdi. Və 19 apreldə elan edilmədən 12 ən yaxın dostlarının iştirakı ilə dəfn edilib.  


Jan Batist Lüli niyə öldü?
Sən demə, dirijor çubuğu insan ölümünə səbəb ola bilərmiş. 1632-1687-ci illərdə yaşamış fransalı bəstəkar Jan Batist Lülinin ölümünə məhz dirijor çubuğu səbəb olub.



Hər insanın özünəməxsus qəribəlikləri var. Kiminsə şokoladdan asılılığı var, kimsə siçandan qorxur. Amma dünya kinosunun əfsanəsi sayılan fransalı aktrisa Sara Bernarın banklara etibar etməmə meyli vardı.


Benjamin Franklin
11 övladdan 9-cusu idi. O, 17 yanvar 1706-ci ildə Bostonda anadan olub. Onun atası sabunçı idi. Atası Franklinə heç 1 sent də verə bilmədiyi vaxtda o, evi tərk etdi. Franklin iş tapmaq üçün 80 km məsafəni qət etdi.


Deyirlər ki, maşın sürmək qadınlıq deyil. Lakin sürücülük üzrə stajla bağlı rekord məhz qadına məxsusdur. Qleyds Fleymer - 90 il sürücülük stajı olan qadın sürücüdür.



Elvis Preslinin
saçları tamamilə sarı olub. Liseyə başlıyandan saşına qara rəng qoyub.    

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi