Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına rusiyalı ekspertlərin də cəlb olunması haqda göstəriş verib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko qəzadan dərhal sonra təyyarədə sərnişinləri olan Hollandiya, Almaniya, Böyük Britaniya, Avstarliya, ABŞ və Malayziya nümayəndələrinin də araşdırma üçün dəvət edib. Onun məqsədi qəzanın səbəblərinin maksimum dərəcədə obyektiv araşdırılmasıdır.
Xatırladaq ki, iyulun 17-si Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsi Ukrayna üzərində raket kompleksi ilə vurulub. Təyyarədəki 298 nəfərin hamısı həlak olublar, onların 80 nəfəri uşaq idi. Ölənlərin 173-ü hollandiyalıdır.
Modern.az