Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Sürixə səfəri zamanı “Rustavi 2” televiziya kanalına müsahibəsində Avropanın Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalardan danışıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili Avropanın nə edə biləcəyi ilə bağlı bunları deyib:
“Avropa Rusiyanın Avropa İttifaqını neftlə təmin edən Rusiyanın “Dostluq” neft kəmərindən neft almağı dayandırmalıdır. Əgər Rusiya bu kəmərdən gələn gəlirdən məhrum olarsa, işləri çox pis gedəcək”.
Modern.az