33 yaşlı futbolçu Andres Birmanın öz həyatına qəsd etməsinin səbəbi uzun illərdir depressiyaya düşməsi olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, polisin öz yatağında aşkarladığı futbolçunun ölümünün detalları açıqlanmasa da, bunun intihar olduğu heç kəsdə şübhə doğurmur. Bunu Birmnanın karyerasında dördüncü klub olan Almaniyanın “Şpandau Kikers” komandasının baş meneceri Günter Haqedorna da təsdiqləyir: “Andres özünü öldürüb. Biz hamımız şoka düşmüşük”.
Birman uzun illərdir depressiyadan əziyyət çəkir və indiyədək 3 dəfə özünü öldürməyə cəhd edibmiş.
Modern.az