Modern.az

Apelyasiya komissiyasına dörd nəfər müraciət edib - TQDK

Apelyasiya komissiyasına dörd nəfər müraciət edib - TQDK

Təhsil

21 İyul 2014, 17:41

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanından apelyasiya şikayəti edənlərə cavab verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) iyulun 21-də saat 10-dan 17-dək II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının məzmununa dair müvafiq fənlər üzrə ekspertlərdən ibarət apelyasiya komissiyası fəaliyyət göstərib. Modern.az-ın məlumatına görə, apelyasiya komissiyasına hər iki ixtisas qrupu üzrə cəmi 4 nəfər müraciət edib. Ekspertlər sualları ətraflı izah edərək bütün müraciətləri cavablandırıblar. Apelyasiya komissiyasına müraciət edənlər bununla bağlı öz razılıqlarını bildiriblər.
 

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir