Ukraynanın Donetsk vilayətində Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma Hollandiyada aparılacaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib. Onun sözlərinə görə, Beynəlxalq mülki aviasiya təşkilatı “Boing 777”nin qəzaya uğramasının səbəbləri ilə bağlı istintaq prosesini Hollandiya ərazisində aparacaq. Məhz bu səbəbdən həlak olanların meyitləri Hollandiyaya göndəriləcək. Prezident deyib ki, Hollandiya və Ukrayna bu dəhşətli cinayətin təşkilatçılarının və sifarişçilərinin müəyyənləşdirilməsi üçün öz fəaliyyətlərini ciddi koordinasiya edəcəklər.
Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan sərnişin təyyarəsi Ukrayna üzərində raket kompleksi ilə vurulub. Təyyarədəki 298 nəfərin hamısı həlak olublar, onların 80 nəfəri uşaq idi. Ölənlərin 173-ü hollandiyalıdır.
Modern.az