Modern.az

Həsən Şirinov Prezident kortejindən uzaqlaşdırılmağını təkzib edib

Həsən Şirinov Prezident kortejindən uzaqlaşdırılmağını təkzib edib

21 İyul 2014, 21:39


Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, H.Şirinov publika.az-a açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: "Hamısı boş şeylərdir. Ümumiyyətlə, belə hadisə olmayıb”.

Ötən həftə prezidentin kortejindən xaric edilməsi barədə yayılan məlumatlara da toxunan H.Şirinov bildirib ki, hazırda hər şey normaldır:

"Əvvəlki kimi hazırda da işimin başındayam. Hər şey normaldır. Yazılanlara əhəmiyyət vermirəm”.

 
Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU