Jurnalistlərin Təhlükəsizliyi Beynəlxalq İnstitutunun araşdırmaları nəticəsində məlum olub ki, bu ilin altı ayı ərzində İraqda ölən jurnalistlərin sayı azalıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna tarixdə ilk dəfə İnternational News Safety İnstitutenin məruzəsinə görə jurnalistlərin fəaliyyəti üçün təhlükəli ölkə kimi tanınıb.
Məruzəyə görə Ukrayna qan tökülməsi ilə müşayiət olunan münaqişə nəticəsində son 10 ildə ən təhlükəli 5 ölkə sırasına daxil olub. Beləliklə, məlum olur ki, bu il Ukraynada bu il 7 jurnalist öldürülüb, bu hadisələrin 5-i ordunun ölkənin cənub-şərqində terrorçulara qarşı əməliyyatlar başlayandan sonra qeydə alınıb. Ölənlərin arasında italiyalı jurnalist Andrea Rokelli, onun tərcüməçisi Andrey Mironov da var.
Ənənəvi olaraq dünyada jurnalistlər üçün ən təhlükəli hesab olunan İraq ikinci yerdədir. İlin ilk yarısında burada 6 media nümayəndəsi həlak olub. Hər birində 5 reportyorun öldürüldüyü Suriya və Pakistan üçüncü və dördüncü yerdədir.
Modern.az