ABŞ prezidenti Barak Obama Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğrmasına görə məsuliyyət daşıyanları cəzalandıracğına söz verib. Modern.az xəbər verir ki, Ağ Ev rəhbəri Niderlandın ABŞ-dakı səfirliyinə başsağlığı üçün etdiyi səfər zamanı bu barədə jurnalistlərə açıqlama verib. O, media qarşısında Niderland sakinlərinə hadisənin günahkarlarını cəzalandıracağını bəyan edib.
Qeyd edək ki, iyulun 17-də Niderlandan Amsterdama uçan “Boeing 777” təyyarəsi Ukraynanın Donetsk vilayətində müəammalı şəkildə qəzaya uğrayıb. Hadisənin terror aktı olduğu versiyası üzərində dayanılır. Qəza nəticəsində 298 nəfər həlak olub.Modern.az