İsrailin baş naziri Benyamin Netanyahu BMT baş katibi Pan Gi Munla birgə təşkil edilən mətbuat konfansıda rəsmi Təl-Əvivin Qəzzada əməliyyatları davam etdirəcəyini bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu İsrail xalqının təhlükəsizliyini tam təmin edəcəklərinə qədər “Həmas” a qarşı hərbi əməliyyatların davam edəcəyini vurğulayıb. İsrail hökumət başçısının sözlərinə görə Qəzzada həlak olan sivil vətəndaşlar “Həmas” qruplaşmasının təxribatlarının qurbanıdır.
BMT Baş katibi Pan Gi Mun isə İsrailin özünü müdafiə etdiyini bəyan edib. Onun sözlərinə görə “Həmas” İsrailə qarşı raketlərlə atəş açmasa, vəziyyət gərginləşməz.Son məlumatlara görə 7 iyuldan bəri İsrailin Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı 612-yə yüksəlib. 3700-dən çox insan isə isə yaralanıb.