Modern.az

Azərbaycan tarixçisi elmi toplantıda maraqlı məruzə edib

Azərbaycan tarixçisi elmi toplantıda maraqlı məruzə edib

Təhsil

22 İyul 2014, 23:20



Türkiyənin Ərzurum şəhərində valiliyin və Atatürk Universitetinin təşkilatçılığı ilə “Milli mücadilə illərində Azərbaycanın Ərzuruma yardımları” mövzusunda panel iclası keçirilib. İclasda Türkiyədən professorlar İbrahim Ethem Atnur, Betül Aslan, Ərdal Aydoğan, Azərbaycandan tarixçi-professor, millət vəkili Musa Qasımlı, dosent Firdövsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova iştirak ediblər.

Modern.az-ın məlumatına görə, iclasda Ərzurum valisi Əhməd Altıbarmaq, Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak çıxış ediblər.

Panel iclasında millət vəkili, professor Musa Qasımlı çıxış edib. O, Azərbaycan və türk xalqlarının qardaşlıq tarixində Birinci Dünya müharibəsi və istiqlal müharibəsi dövrünün özünəməsus yer tutduğunu deyərək, fikirlərini maraqlı tarixi faktlarla əsaslandırıb.

Müstəqil olmadıqları bir zamanda azərbaycanlıların Çanakkala savaşında türk qardaşları ilə çiyin-çiyinə vuruşmalarına, Nargində həbs düşərgəsində saxlanılan türk əsirlərinə edilən yardımlara və bir neçə zabitin qaçırılmasına, Şərqi Anadoludan qaçqın olan türk və müsəlmanlara azərbaycanlıların yardım etmələrinə, onların problemlərinin Rusiya Dövlət Dumasında qaldırılmasına, Qafqaz İslam Ordusunun Bakını azad etməsinə, Nuru Paşanın Batum həbsxanasından qaçırılmasına, istiqlal savaşı illərində azərbaycanlıların türk ordusu sıralarında vuruşmalarına, Azərbaycan SSR-in etdiyi yardımlara dair çoxlu maraqlı tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir