Modern.az

ABŞ-ın Delta Hava Yolları İsrailə uçuşları dayandırdı

ABŞ-ın  Delta Hava Yolları İsrailə uçuşları dayandırdı

Təhsil

23 İyul 2014, 00:18


ABŞ-ın Delta Hava Yollarının Nyu-York-Təl-Əviv marşrutu ilə hərəkət “DL-468” təyyarəsi İsrailə getməyib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb təyyarənin Yunanıstan səmasında olarkən İsrailin Ben Qurion Hava Limanının yaxınlığına raket atılması olub.

Vəziyyət haqqında  təyyarəni idarə edən pilot ABŞ Federal Aviasiya İdarəsinə məlumat verib. Bundan sonra 272 sərnişini və 17 ekipaj üzvü olan təyyarə Parisə doğru yön alıb. “DL-468” Parisdəki “Şarl De Qoll” aeroportuna enib.

Delta Hava Yolları təhlükəsizlik baxımından İsrailə olan bütün uçuşlarını təxirə saldığını bəyan edib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir