Modern.az

Ali Radada kommunistlərin fəaliyyəti dayandırıldı

Ali Radada kommunistlərin fəaliyyəti dayandırıldı

Təhsil

23 İyul 2014, 01:00


Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radada Kommunist Partiyasının buruaxılması haqqında qətnamə  layihəsini imzalayıb. Modern.az xəbər verir ki, bu haqda Ukrayna dövlət başçısını mətbuat xidməti məlumat yayıb.

Ali Radanın sədri Aleksandr Turçinov bildirib ki, Ukrayna Kommunist Partiyasından bir neçə deputatın istefa verməsi onun fəaliyyətinin parlamnetdə dayandırılmasını zəruri edirdi. Spikerin parlamentdə Kommunist Partiyası fraksiyasının burxaılmasından məmnun olduğunu vurğulayıb. Turçinov qeyd edib ki, bu,  ədalətli qərardır.

“Tarix milyonlarla ukraynalı qarşısında ədaləti bərpa etməlidir. Onlar ölkəyə xəyanət edirdilər”,-deyə Ali Rada sədri söyləyib.  

Qeyd edək ki, bu ilin 16 mayında Ukrayna Kommunist Partiyasının deputat fraksiyasının ləğv edilməsi haqqında qətnamə layihəsi parlamentə təqdim edilmişdi.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir