Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyətin tətbiq olunmasına qarşı çıxır. Modern.az xəbər verir ki, bunu Ukrayna liderinin mətbuat xidməti bildirib.
Mətbuat xidmətinin məlumatına görə Ukrayna prezidentinin hərbi vəziyyətin qəbul edilməsinin nəticələri barədə proqnozları mənfidir. “Bunun üçün döyüş bacarığı olan güclü ordu və buna uyğun olaraq təminat lazımdır. Hərbi vəziyyət zamanı isə bu, mümkün deyil. Bizə müharibəni udmaq lazımdır”,-deyə Poroşenkonun mətbuat xidməti Poroşenkoya istinadən bildirir.
Ukrayna dölət başçısı onu da bəyan edib ki, ölkədə hərbi vəziyyət olarsa, ciddi maliyyə problemləri yaranacaq. “Beynəlxalq Valyuta Fondu müharibə vəziyyətində olan ölkələrə pul vermir. Bu haqda düşünmədən bəziləri Ukraynada hərbi vəziyyət elan olunmasını tələb edir”,-deyə Poroşenko vurğulayıb.Modern.az