Modern.az

II qrupda 700 bal toplayan abituriyentlər - FOTO

II qrupda 700 bal toplayan abituriyentlər - FOTO

Təhsil

23 İyul 2014, 10:12


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan etdi. Modern.az saytı xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlərdən 2 nəfər 700 bal toplayıb.
Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.  

TQDK-dan Modern.az-a bildirilib ki, II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə-700 bal toplamış gənclərdən biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.

II ixtisas qrupunda digər 700 bal toplayan abituriyent Samir Rzayevdir.

Xatrladaq ki, bundan öncə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə görə, 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir