Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Su kanalının İmişli rayonu, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb. T. Şirinovun meyiti bu gün Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Modern.az