Modern.az

ETSN: Lerikdə baş verən yanğın söndürülüb

ETSN: Lerikdə baş verən yanğın söndürülüb

Təhsil

23 İyul 2014, 10:23


İyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisindəki  Piran kəndində bələdiyyə torpaqlarında başlamış, sonradan meşə fondu torpaqlarına keçmiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  müvafiq yerli qurumları fövqəladə iş rejiminə keçib.

ETSN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Nazirliyin 150-dək əməkdaşı Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə əsasən üç istiqamətdə baş vermiş yanğının artıq lokallaşdırılmasına nail olub. ETSN-nin əməkdaşları közərtilərin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Qeyd edək ki, bu tədbirlər ona görə aparılır ki, külək yenidən alovlanmaya səbəb ola bilər. Bildiririk ki, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyiliyinin 23 A, Hirkan Milli Parkının Haftoni meşəbəyiliyinin 21-ci dolaylarında və Hirkan Milli Parkının Şirtük adlanan ərazisində qeydə alınıb. Hazırda közərtilərin tam olaraq söndürülməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 20 nəfərlik heyəti də bu gün Lerik rayonuna yola düşüb.

 

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir