Modern.az

700 bal toplayan abituriyent: “Təəccüblənmədim”

700 bal toplayan abituriyent: “Təəccüblənmədim”

Təhsil

23 İyul 2014, 11:02


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan etdi. Modern.az saytı xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlərdən 2 nəfər 700 bal toplayıb.
Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.  

II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ən yüksək nəticə-700 bal toplamış gənclərdən biri Qədimbəyli Qoşqardır. O, Bakıdakı "Zəkalar" Liseyinin məzunudur.

Qoşqar Qədimbəyli də təəssüratlarını Modern.az saytı ilə bölüşüb:

“Mən nəticədə 700 bal gözləyirdim.Cavablar açıqlananda təəccüblənmədim. Normal qarşıladım. Son sınaqlarda 646-674 arası bal toplamışam. Yalnız 11-ci sinifdə imtahan verəcəyim fənlərdən hazırlığa getmişəm. Ailəm çox sevindi. Evimizdə bayram ab-havası var. Harada və hansı ixtisas üzrə təhsil alacağıma qərar verməmişəm”.

O, eyni zamanda cari tədris ili ərzində "İstedadların hazırlığı laboratoriyası" layihəsi çərçivəsində keçirilən Respublika olimpiadasının final turunda gümüş medal qazanıb.

Rüfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir