Moskva metrosunda baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilən daha bir sərnişin bu gün səhər saatlarında “Botkin” xəstəxanasında dünyasını dəyişib. Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bununla da qəza qurbanlarının sayı 23 nəfərə çatıb.
"Qurbanların biri səhər saat 7-də həkimlərin səyinə baxmayaraq həyatını itirdi. Hətta üzərində bir neçə əməliyyat keçirilməsinə baxmayaraq travmaları ağır olduğundan yaşaya bilmədi”, - deyə Moskva şəhər səhiyyə şöbəsinin müdiri Georgi Qoluxov jurnalistlərə açıqlamasında bildirib.