Millət vəkili Hadi Rəcəbli Lənkəranda seçicilərlə görüş kecirib. Seçicilərin coxsaylı müraciəti əsasında baş tutan görüşdə deputat rayon sakinlərinin böyük bir qrupunu qəbul edərək dinləyib.
Kənarmeşə kənd sakini Fayaz Qasımov, Aşağı Nüvədi qəsəbə sakini Barat Məhərrəmov kənd yolunun təmir olunması, Seydəkəran kənd sakini Şölə Məmmədova evinə elektrik sayğacının qoyulması, Kərgəlan kənd sakini Qızılgül Quliyeva tibb və Aşağı Nüvədi qəsəbə sakini Ülviyyə Həsənova kompüter kurslarında oxumasına köməklik göstərilməsi barədə müraciət ediblər. Müraciət edən vətəndaşlardan bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb. Viyən kənd sakini Nazilə Həsənovaya, Haftoni qəsəbə sakini Rasim Əzimova, Sütəmurdov kənd sakini Şəfiqə Novruzovaya sosial yardımın alınması üçün sənədlərini qanuna müvafiq hazırlayıb, ƏƏSMN-nın yerli şöbəsinə müraciət etmələri tövsiyyə olunub. Müraciət edənlər ölkədə gedən sosial iqtisadi inkişafı xüsusi vurğulayıb və deputatla geniş fikir mübadiləsi də aparıblar.