Bu il 2 məzun 700 bal topladı, ümumilikdə 100 məzundan 62 nəfəri (62%) 600-dən çox bal yığdı
Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında lisey və ölkə tarixinin rekordunu qırıblar.
Lisey direktoru Kadir Bektaşoğlu Modern.az saytına bildirib ki, bu il təhsil ocağının iki məzunu ali məktəblərə qəbul imtahanlarında rekord nəticə - 700 bal toplayıb. Bunlar I ixtisas qrupundan Fatimeyizəhra Nəbizadə və II ixtisas qrupundan Samir Rzayevdir.
Ümumilikdə bu ıl liseyi bitirən 100 məzundan 62 nəfəri (62%) 600-dən (onların 29 nəfəri isə 650-dən) çox bal toplayıb.
Lisey direktorunun bildirdiyinə görə, I ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 13 nəfəri (62%), II ixtisas qrupu üzrə imtahan vermiş 45 məzundan 23 nəfəri (49%), III ixtisas qrupu üzrə imtahan vermiş 13 məzundan 9 nəfəri (69%) və IV ixtisas qrupu üzrə imtahan vermiş 21 məzundan 18 nəfəri (86%) 600-dən çox bal toplayıb.
Kadir Bektaşoğlu builki nəticələrin lisey təhsili tarixinin rekordu olduğunu, yüksək nəticə göstərən məzunları ürəkdən təbrik etdiklərini, ayrıca əziyyət çəkən fədakar müəllim kollektivinə, valideynlərinə və təhsil fəaliyyətlərində özlərinə hər cür dəstək verən rəsmi qurum və idarələrə minnətdar olduqlarını bildirib.
Qeyd edək ki, liseyin daha əvvəlki (2009-2010-2012) illərdə 6 məzunu 700 bal toplayib.
Gülşən Raufqızı