Modern.az

İntim çəkilişiniz internetə yayılsa... - VIDEO

İntim çəkilişiniz internetə yayılsa... - VIDEO

23 İyul 2014, 12:49


Milli Mətbuat Günündə Metropark Ticarət və əyləncə mərkəzi jurnalistlər üçün yeni filmin qapalı nümayişini keçirib. Filmin nümayişindən əvvəl çıxış edən Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı təmsil etdiyi şirkətin bu dəfə də ənənəsinə sadiq qaldığını, premyeranın məhz KİV işçiləri üçün keçirildiyini bildirib.

Jurnalistlər bu dəfə Park Cinema Metropark kinoteatrında baş rollarını məşhur aktrisa Kemeron Diaz və Ceyson Ciqelin canlandırdığı “Ev videosu: yalnız böyüklər üçün” filminə baxıblar. Filmin baş qəhrəmanları Cey (Ceyson Siqel) və Enni (Kemeron Diaz) yeni tanış olduqları zaman çox zəngin seksual həyat yaşayıblar. Lakin 10 il evlilik, 2 övlad sahibi olandan sonra intim həyatlarında sönüklük yaranır. Bu münasibətləri yenidən alovlandırmaq üçün cütlük qərar gəlir ki, özlərinin intim marafonunu videoya çəksinlər. Lakin 3 saatlıq çəkiliş yeni İpad vasiəsilə az qala bütün internetə yayılır, porno saytlarda yerləşdirilir. 

Film doğrudan da böyüklər üçün nəzərdə tutulub. Nisbətən açıq səhnələrlə müşayiət olunan bu film boyu qəhrəmanların düşdükləri çoxsaylı komik vəziyyətləri, onların bir-birinə söylədikləri atmaca və zarafatları izləyərkən gülməmək mümkün deyil. Filmdə bəzi intim səhnələr yer alsa da, ədəb qaydaları nəzərə alınıb, əsas diqqət yumora yönəlib, hər hansı bir şitlik və bayağılığa yol verilməyib.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, filmin ssenarisi məxsusi olaraq Kemeron Diaz və Ceyson Siqel üçün yazılıb. Kameron Diaz dünya prokatında 200 milyon dollardan çox gəlir gətirmiş “Çox pis müəllimə” filmində də buna uygun rol almışdı. Aktrisa bu yaxınlarda prokata çıxan “Digər qadın” filmində də açıq-saçıq səhnələri ilə yadda qalıb. Filmin yaradıcılarının intuisiyası onları yanıltmayıb və “Ev videosu” böyük uğur qazanıb.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunan və kinoproyeksiya sahəsində təqdim olunan aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən  //www.facebook.com/ParkCinema-dan əldə etmək olar.

 



F.Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi