Modern.az

ABŞ dövlət katibi İsrailə gəlib

ABŞ dövlət katibi İsrailə gəlib

23 İyul 2014, 13:57

ABŞ-ın dövlət katibi Con Kerri İsrailə gəlib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, Təl-Əvivdə ABŞ dövlət katibi Con Kerri İsrail-Fələstin münaqişəsini müzakirə edəcək. Məlumatda bildirilir ki, Con Kerri İsrailin dövlət nümayəndələri ilə görüşdə münaqişənin danışıqlar yolu ilə həll edilməsinin vacibliyinə toxunacaq. “Bu istiqamətdə sülhü təmin etmək üçün cəhdlər olacaq”, - deyə Cen Psaki söyləyib.

Con Kerrinin Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşü də gözlənilir.

  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir